Tezliklə ölkədə “Patriot”lar yerləşdiriləcək.
AzerTimes xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.
“Ümid edirəm ki, yaxın günlərdə polşalı və almaniyalı ekspert qrupları görüşəcək, “Patriot” sisteminin yerini müəyyənləşdirəcək”, – Duda vurğulayıb.
Qeyd edək ki, Almaniya Ukraynaya “Patriot” raketdən müdafiə sistemləri verməkdən imtina edib və Polşada yerləşdirilməsi üçün danışıqlar gedir.