Teymur Rəcəbov Karuana ilə qarşılaşacaq

Teymur Rəcəbov Karuana ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

AzerTimes xəbər verir ki, 35 yaşlı qrossmeyster XIII turda ağ fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

12 turdan sonra 6 xala malik Rəcəbov Karuana ilə birlikdə 5-6-cı yerləri bölüşdürür. O, turnirin qalibi olma şanslarını itirib.

Turnir cədvəlinə 8,5 xalla rusiyalı Yan Nepomnyaşi başçılıq edir. Qrossmeyster bu gün macarıstanlı Rixard Rapportla heç-heçə etsə, ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirəcək.

Teqlər: