Xəbər - Elçin Mehdiyev – Trend:
Koronavirus evdə spesifik dərmanlarla müalicə olunmur. Koronavirus yalnız xəstəxana şəraitində müalicə olunur.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib.
O bildirb ki, evdə müalicə yoxdur, evdə dəstək var. Həmin dəstək vitaminlər, mikroelementlər kompleksidir.
T.Musayev evdə müalicə alan şəxslərin poliklinikalar tərəfindən vitamin komplekslərinin verilməməsi ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib: “Bu məlumatlar varsa, nazirliyə məlumat verilsin. Bu komplekslərin sadəcə imtiyazlı ailələrə verilməsi ilə bağlı fikir yanlışdır”.