Rusiya aviaşirkəti Azərbaycanın daha bir şəhərinə uçuşlar həyata keçirəcək

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Rusiyanın “Nordwind” aviaşirkəti Moskva-Qəbələ-Moskva marşrutu ilə yeni reysə bilet satışına başlayıb.

Trend bu barədə aviaşirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, uçuşlar 2022-ci il yanvarın 16-dan etibarən həftədə bir dəfə, bazar günləri həyata keçiriləcək.

Moskvadan uçuşlar yerli vaxtla saat 00:10-da başlayacaq, Qəbələdə 04:10-da eniş edəcək. Qəbələdən isə uçuş 05:20-də başlayacaq, Moskvada eniş 07:25-də baş tutacaq.

Qeyd edək ki, “Nordwind” şirkəti, həmçinin Sank-Peterburq-Bakı, Vladiqafqaz-Bakı, Voronej-Bakı, Mineralnıye Vodı-Bakı, Rostov-Bakı, Kazan-Bakı, Nijni Novqorod-Bakı, Krasnodar-Bakı, Soçi-Bakı və Ufa Bakı marşrutları ilə uçuşlar həyata keçirir.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: