“Teymur Əhmədov” quru yük gəmisi Xəzərdə fider daşımalara cəlb olunur

Xəbər - Ceyhun Ələkbərov – Trend:

“Teymur Əhmədov” quru yük gəmisi Xəzərdə fider daşımalara cəlb olunur.

Bu barədə AzerTimes-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildiriblər. Qeyd olunub ki, ASCO ilə “ADY Konteyner” MMC arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, ASCO-ya məxsus “Teymur Əhmədov” quru yük gəmisi Ələt-Türkmənbaşı-Ələt istiqamətində fider daşımalara cəlb olunacaq. Fider xətt üzrə gəminin ayda 4 səfər həyata keçirəcəyi planlaşdırılır.

Qeyd edək ki, “Teymur Əhmədov” quru yük gəmisi eyni vaxtda 80 ədəd 40 futluq konteyner daşımaq gücünə malikdir.

Teqlər: