Texniki işçilər Media Reyestrinə salınmayacaq

Texniki işçilər Media Reyestrinə salınmayacaq

Texniki heyət üzvlərinin Media Reyestrində qeydiyyatdan keçməsi nəzərdən tutulmayıb

AzerTimes xəbər verir ki, bunu MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva bu gün MEDİA-nın rəsmi səhifəsində Feysbukda canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, “Media haqqında” qanunda texniki heyət jurnalist anlayışı ilə əhatə olunmayıb. Ona görə də onlar Media Reyestrinə daxil ola bilməyəcək. Buna baxmayaraq, onların fəaliyyətində hər hansı məhdudiyyət olmayacaq.

“Fotomüxbirlər jurnalist anlayışı ilə əhatə olunduğu üçün onlar da reyestrdə qeydiyyatdan keçə bilərlər. Amma fotoqraflar jurnalist anlayışı ilə əhatə olunmadığı üçün reyestrə düşə bilməyəcəklər”.

Teqlər: