Texasda atışmada dörd polis yaralanıb

Texas ştatının Levellend şəhərində dörd polis əmakdaşı yaralanıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin polis idarəsinin “Facebook” yayımladığı açıqlamada deyilir.

Məlumata əsasən fərdi evdə barrikadalanan sakin atəş açıb. Hadisə yerinə polisin xüsusi bölmələri cəlb edilib.


İki yaralının vəziyyəti ağır olaraq qiymətləndirilir. Yerli telekanalların verdiyi məlumata görə, yaralanan polislərdən biri artıq öldü, lakin məlumat rəsmi olaraq təsdiqlənməyib.