Texasda 15 milyona yaxın sakin susuz qalıb

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın Texas ştatında davam edən anomal soyuqlarla əlaqədar 15 milyona yaxın şəxs susuz qalıb.

AzerTimes-ın məlumatına görə, ştat ərazisində 1,3 mindən çox su təchizat sistemi sıradan çıxıb.

Bundan başqa, Texasda elektrik enerjisi ilə bağlı da problemlər davam edir. Qeyd olunur ki, əksər yerlərdə elektrik enerjisinin verilişi bərpa olunsa da, 94 minə yaxın sakin işıqsız qalmaqda davam edir.


Bu günədək ABŞ-ın bir neçə ştatında kəskin soyuqlar nəticəsində ölənlərin sayı 50 nəfər çatıb.