“TET İnternational Development” MMC ilə əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyində “TET İnternational Development”
MMC-nin nümayəndələri ilə görüş olub.

Görüşdə Agentliyin İdarə heyətinin sədri Mustafa Abbasbəyli,
“TET İnternational Development” MMC-nin rəhbəri Taro Savada və
vitse-prezidenti Namiq Ələsgərov iştirak edib.

Mustafa Abbasbəyli ilk olaraq qonaqlara Agentliyin fəaliyyət
istiqamətləri, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata
keçirilən məşğulluq tədbirləri barədə məlumat verib. Daha sonra
Dövlət Məşğulluq Agentliyi və “TET İnternational Development” MMC
arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi
aparılıb. Şirkətin mövcud və yeni fəaliyyətə başlayacaq
fabriklərində işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin
edilməsi məqsədilə birgə layihələr həyata keçirilməsi müzakirə
edilib.


Həmçinin, şirkətin rəhbəri Taro Savada regionlarda yeni iş
yerlərinin açılmasında və bu istiqamətdə Dövlət Məşğulluq Agentliyi
ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Teqlər: