“Tesla” “Model S Plaid Plus” istehsalından imtina edib

Xəbər - Orxan Nəbiyev – Trend:

“Tesla” avtomobil şirkəti “Model S Plaid Plus” modelinin istehsalından imtina edib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Tesla”nın rəhbəri İlon Mask öz “Twitter” səhifəsində bildirib.

Onun sözlərinə görə, yeni modelin buraxılması üçün zərurət yoxdur.


Belə ki, şirkət iyunun 3-dən başlayaraq Kaliforniyada “Model S Plaid” istehsalına başlayıb. Bu model ən sürətli elektromobil hesab olunur.

Ən bahalı elektromobil kimi nəzərdə tutulan “Model S Plaid Plus” modelinin istehsalının 2022-ci ildə başlaması planlaşdırılırdı.