“Tesla” Çində 1.6 milyon avtomobilini geri çağıracaq

“Tesla” Çində 1.6 milyon avtomobilini geri çağıracaq

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” proqram təminatı ilə bağlı problemlər səbəbindən Çində 1,6 milyondan çox avtomobili geri çağıracaq.

AzerTimes xəbər verir ki, bu barədə Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsi məlumat yayıb.

Məlumata görə, söhbət idxal olunan “Model S”, “Model X” və “Model 3”, eləcə də Çində istehsal edilən “Model 3” və “Model Y” elektromobillərindən gedir. Geri çağırılma 26 avqust 2014-cü ildən 20 dekabr 2023-cü ilə qədər istehsal edilmiş avtomobillərə aid olacaq.

Teqlər: