“Tesla” 26 mindən çox avtomobili geri çağırır

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın “Tesla” elektromobil şirkəti 26,7 min maşını geri çağırır.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Yollarda Təhlükəsiz Hərəkət Milli İdarəsinin açıqlamasında deyilir.

Qeyd olunur ki, geri çağırılma avtomobilin ön şüşələrinin qızması ilə əlaqədardır. Bu nasazlıq müəyyən hava şəraitində görüş imkanlarının zəifləməsinə və toqquşma riskinin artmasına gətirib çıxara bilər.

“Teslanın” 2020-2022-ci illərdə istehsal olunan “Model S” və “Model Y”, 2021-2022-ci illərin “Model 3” və “Model X” modelləri geri çağırılır.

Həmin qüsurun aradan qaldırılması üçün şirkət yeni proqram təminatı buraxacaq.