Ermənistan Baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə yola düşüb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti açıqlama yayıb.
Onun 9 May Qələbə paradında iştirak edəcəyi vurğulanıb.
Qeyd edək ki, bundan öncəki açıqlamada Paşinyanın “9 may axşama qədər Moskvada olacağı” bildirilsə də, paradda iştirakından bəhs edilməmişdi.
Xatırladaq ki, paradda yalnız Qırğızıstan prezidentinin iştirak edəcəyi bildirilmişdi.