Tərtərin hərbi prokuroru vəzifəsindən azad edildi

Tərtər rayonunun hərbi prokuroru vəzifəsindən azad edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmri ilə Tərtər rayon hərbi prokuroru Hümmət
Məmmədov tutduğu vəzifədən azad edilərək Respublika Hərbi
Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin
rəisi təyin edilib.

Baş prokurorun digər əmri ilə Respublika Hərbi Prokurorluğunun
İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə
polkovnik-leytenantı Emin Vəliyev tutduğu vəzifədən azad edilərək
Tərtər rayon hərbi prokuroru təyin olunub.

Teqlər: