Tərtərdə evdən 50 min manatdan artıq oğurluq edilib

Xəbər - Samir Əli – Trend:

Tərtər rayonunda mənzildən külli miqdarda oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata
görə, Tərtər Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona
məxsus fərdi yaşayış evindən 15 000 ABŞ dolları, 10 000 manat
pulunun və 20 000 manat dəyərində isə qızıl-zinət əşyalarının
oğurlanması barədə məlumat verib.

Müraciət əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq
araşdırmalara başlanılıb. Keçirilən intensiv əməliyyat-axtarış
tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tərtər
rayon sakini, əvvəllər də eyni əmələ görə məhkumluq həytaı yaşamış
Vüqar Baxşəliyev saxlanılıb. Həmin şəxsdən oğurladığı pulun bir
qismi, oğurluq zamanı istifadə etdiyi 3 ədəd mobil telefon, maska,
əlcək və papaq maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin
qərarı ilə V.Baxşəliyev barəsində həbs qətimkan tədbiri
seçilib.


Teqlər: