Tərtərdə heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır.
Bu barədə AzerTimes-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Azər Əhməd oğlu Məmmədovun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, ötən gün də Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı baş vermişdi. Hadisə nəticəsində rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Həsənəli Şahin oğlu Əlizadə ayağından xəsarət alıb.