Axtarışda olan şəxs saxlanıldı: digər cinayəti də üzə çıxdı

Axtarışda olan şəxs saxlanıldı: digər cinayəti də üzə çıxdı

Axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, onun digər cinayət əməlinin də üstü açılıb.

AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə (Soyğunçuluq) axtarışda olan Samir Məmmədov saxlanılıb.

Onun yanvarın 28-də Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində “Mersedes” markalı avtomobildə sürücünü kəsici alətlə hədələyərək, quldurluq yolu ilə 1384 manat pulunu talaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: