Tərtərdə ağır yol qəzası: körpə öldü

Tərtərdə ağır yol qəzası: körpə öldü

Tərtərdə avtomobil qəzaya düşüb, körpə ölüb.

AzerTimes xəbər verir ki, hadisə Tərtər rayonu, Bəyimsarov kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Kamran Səbiri oğlu Süleymanov idarə etdiyi VAZ-21723 markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman o, nəqliyyat vasitəsini yol kənarında olan betona vurub. Nəticədə maşında sərnişin qismində olan oğlu, 2023-cü il təvəllüdlü Cavidan Süleymanov almış olduğu bədən xəsarətlərindən ölüb. Sürücünün anası, 1976-cı il təvəllüdlü Xoşqədəm Süleymanova bud çanaq oynaq nahiyəsinin əzilməsi xəsarəti alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Teqlər: