Tərtərdə ağır qəza: 1 nəfər öldü, 16 nəfər yaralandı

Tərtərdə ağır qəza: 1 nəfər öldü, 16 nəfər yaralandı

Tərtər rayonunda iki minik avtomobili və mikroavtobusun iştirakı ilə ağır qəza baş verib.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, “Kia” və “Pirus” markalı minik avtomobilləri toqquşaraq yolun kənarında dayanan mikroavtobusa çırpılıb.

Hadisə nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.

Hadisə nəticəsində ölən şəxs 1992-ci il təvəllüdlü Rüstəmzadə Xəyal Natiq oğludur.

Yaralılardan bəzilərinin adları məlum olub:

1) 1993-cü il təvəllüdlü Qaraşov Anar Vəliş oğlu

2) 1980-cı il təvəllüdlü Şahbazova Gülşən

3) 1981-ci il təvəllüdlü Şahbazov Tural

4) 1974-cü il təvəllüdlü Qurbanova Xatirə

5) 1990-cı il təvəllüdlü Nəcəfova Ceyhunə

6) 2010-cu il təvəllüdlüNəcəfova Gülay

7) 1950-ci il təvəllüdlü Nəcəfova Raya

8) 1994-cü il təvəllüdlü Cabbarov Təbriz

9) 1965-ci il təvəllüdlü Mirzəyev Elşad

10) 1975-ci il təvəllüdlü Hidayətova Afət

11) 1970-ci il təvəllüdlü Hidayətov Yavər

12) 1968-ci il təvəllüdlü Tağıyev Zakir

Qeyd edək ki, xəsarət alan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin xəttilə Tərtər şəhərində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirilən kursun iştirakçıları olub.

Teqlər: