Tərtər. Aslan Məmmədli. Trend:
Tərtərdə 16 yaşlı məktəbli qız qaçırılıb.
AzerTimes-ın yerli bürosunun məlumatına görə, məktəbli qız evlənmək məqsədilə qaçırılıb. Hadisə Tərtər rayonunun Evoğlu kəndində baş verib. Kənd sakini 2005-ci il təvəllüdlü qız Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın 16 yaşını tamamladığı və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi müəyyən edilib.
Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.