“Azəriqaz”ın sayğacını elan saytında satışa çıxaran qadın saxlanıldı (FOTO)

Xəbər - Samir Əli – Trend:

Bakıda “Azəriqaz”İstehsalat Birliyinə məxsus qaz sayğacını satan şəxs saxlanılıb.

Qurumdan AzerTimes-a verilən məlumata görə, yanvarın 18-də tap.az saytında “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacı satışa çıxarılıb. Məsələdən xəbərdar olan Birlik rəhbərliyinin müraciətinə adekvat olaraq, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları dərhal hərəkətə keçib. Araşdırma nəticəsində məlum olub ki, sayğacı satışa çıxaran şəxs Nərmin adlı bir xanımdır. Əməliyyat nəticəsində saxlanılan xanım “alverçi” sorğu-sual edilir.

“İnanırıq ki, məsələ öz hüquqi həllini tapacaq. “Azəriqaz” İB olaraq vətəndaşlardan xahiş edirik ki, bu kimi hallardan çəkinsinlər”, – deyə məlumatda bildirilir.

Teqlər: