“Tərtər işi”ndə ittiham olunan Rahib Məmmədov kimdir?

“Tərtər işi”ndə ittiham olunan Rahib Məmmədov kimdir?

Xəbər verdiyimiz kimi, “Tərtər işi” ilə bağlı həbs edilənlər arasında Rahib Ramazan oğlu Məmmədov da var.

AzerTimes xəbər verir ki, Rahib Məmmədov 17 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub.

1993-2004-cü il tarixlərində Bakı şəhəri, Nəsimi rayonu Saleh Poladi adına 159 saylı orta məktəbdə təhsil alıb.

2004-2008-ci il tarixlərində Odlar Yurdu Universitetində beynəlxalq hüquq ixtisası üzrə ali təhsil alıb.

Hazırda ədliyyə mayoru rütbəsində, hərbi hüquqşünas vəzifəsində xidmət edir.

O, həmçinin, Rahib Bəşər imzası ilə yazıçı-şair kimi də tanınır. 8 kitabın müəllifidir.

Qeyd edək ki, Rahib Məmmədov (Bəşər) Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı və “Azərbaycan Bayrağı” ordeninin laureatıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.

Teqlər: