Baş Prokurorluq “Tərtər işi” çərçivəsində haqlarında hökm çıxarılmış 19 şəxsin məhkəmə qərarlarına yenidən baxılmasına qərar verib.
AzerTimes xəbər verir ki, bu barədə Baş Prokurorluğun hesabatında qeyd olunub.
Bildirilib ki, aparılan istintaq zamanı əldə edilmiş mötəbər sübutlar əsasında əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən yeni açılmış hallarla əlaqədar həmin şəxslər barəsində olan məhkəmə qərarlarına yenidən baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edilib.