“Tərtər işi” ilə bağlı həbs olunanların adları açıqlanıb

“Tərtər işi” ilə bağlı həbs olunan şəxslərin adları
açıqlanıb.

Bu barədə AzerTimes-a Baş prokurorluğunn mətbuat xidmətindən məlumat
verilib.

Qeyd olunub ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi
qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum
etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən
edilən Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli
oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu,
Əzizov Polad Seyfəddin oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov
İntiqam Şərif oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan
məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar,
qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2
(vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən
sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs
qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmiş,
həmçinin Əzizov Polad Seyfəddin oğlu istintaqdan gizləndiyi üçün
barəsində axtarış elan edilmişdir.

Eyni zamanda hazırda cəza çəkən Ağayev Fuad Ramiz oğlunun məhkum
edildiyi hallardan başqa çoxsaylı zərərçəkmiş şəxslərə qarşı
qanunsuz əməllərə yol verməsinə əsaslı şübhələr müəyyən
edildiyindən Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2, 341.2.3 və
128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
ona müvafiq ittiham elan edilmişdir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat
veriləcəkdir.

Teqlər: