Xəbər - Samir Əli – Trend:
Baş Prokurorluq “Tərtər işi” ilə bağlı zərərçəkmişlərin sosial
şəbəkələrdə və bəzi mətbuat orqanlarında yaydığı məlumatlara
aydınlıq gətirib.
AzerTimes-ın məlumatına görə, Baş Prokurorluğun İstintaq İdarəsinin
rəisi Nemət Əvəzov bildirib ki, “Tərtər işi” ilə bağlı aktiv
cinayət işi davam etdirilir: “İş üzrə təqsirli olan bütün şəxslərin
məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər aparılır”.