3+3 formatı region ölkələrinin mənafeyini daha artıq təmin edə bilər – Sergey Lavrov

Xəbər - Elnur Bağışov – Trend:

Ümid edilir ki, 3+3 formatı (Azərbaycan, Ermənistan, Gürcüstan,
Rusiya, Türkiyə və İran) çərçivəsində Tehranda keçiriləcək növbəti
iclas region ölkələrinin mənafeyini daha artıq təmin etməsi ilə
nəticələnəcək.

Trend xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey
Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon söhbətində
deyib.

Rusiya xarici işlər naziri İranın 3+3 formatı çərçivəsində 2-ci
iclasa ev sahibliyi etməsini alqışlayıb.

Telefon söhbətində İran xarici işlər naziri Hüseyn Əmir
Abdullahian da Cənubi Qafqazla əlaqədar 3+3 formatı çərçivəsində
2-ci iclasını böyük fürsət adlandırıb.

H.Əmir Abdullahianın sözlərinə görə, bu iclas region ölkələri və
xalqlarının mənafeyi istiqamətində regional əməkdaşlığı
möhkəmləndirmək və həmrəylik üçün önəmlidir.

Teqlər: