Temperatur iqlim normasından 6 dərəcə yüksəkdir

Temperatur iqlim normasından 6 dərəcə yüksəkdir

Hazırda ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır, Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 6 dərəcə yüksəkdir.

AzerTimes xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Xidmət rəisi qeyd edib ki, temperaturun bu gedişi daha çox mart ayı üçün uyğundur. Hətta bu gün Laçında havanın temperaturu 24, Füzulidə 16, Abşeronda 17 dərəcəyədək yüksəlib:

“Keçən il də Od çərşənbəsində temperatur iqlim normasından 6 dərəcə yüksək müşahidə olunub.

Bu il Abşeron yarımadasında və bəzi bölgələrdə havanın temperaturu 17-19 dərəcəyədək yüksəlib. Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən Od çərşənbəsi bu il ölkə ərazisində əsasən sabit, yağmursuz, dumanlı hava şəraiti ilə səciyyələnir”.

Teqlər: