Telefon alarkən nələrə diqqət еtməliyik?

Smartfonlar həyatımızın əvəzolunmaz köməkçiləri olmağa davam
edir. Hər gün yenilənən texnologiyalar sayəsində güclü seqmentli
markalarla orta seqmentli markalar arasındakı fərqlər dəyişir.
Beləliklə, istədiyiniz keyfiyyət və xüsusiyyətlərə malik
telefonları daha sərfəli qiymətlərlə əldə etmək üçün almamışdan
əvvəl məhsul müqayisəsi aparmağınız məsləhət görülür. Telefon
alarkən yoxlamalı olacağınız bir neçə məsələlər haqqında
danışacağıq.

Telefon hansı məqsəd üçün istifadə ediləcək

Telefon almazdan öncə ilk növbədə hansı məqsəd üçün istifadə
edəcəyinizi müəyyənləşdirməlisiniz. İş məqsədləri üçün istifadə
etmək, foto və video çəkmək və ya nə qədər tez-tez oyun
oynamağınızdan asılı olaraq, alacağınız telefonun minimum
xüsusiyyətlərini müəyyən edə bilərsiniz. Məsələn, iş məqsədləri
üçün qeydlər aparmaq və onlayn video görüşlər keçirmək üçün böyük
ekranlı telefona üstünlük verə bilsəniz də, sosial media
istifadəsi, tez-tez foto və video çəkiliş üçün ön və arxa kamera
xüsusiyyətləri ön plana çıxır. Oyunsevərlər ekrana və telefonun
sürətinə görə seçim etməyi düşünəcəklər.

Büdcə

Telefon seçimində ən vacib məsələlərdən biri büdcədir. Büdcənizə
uyğun olaraq hansı xüsusiyyətli telefonu əldə edə biləcəyinizi
hərtərəfli araşdırmalısız. Əgər brend telefon həvəskarı
deyilsinizsə, büdcənizə uyğun telefonlardan birini seçə
bilərsiniz.

Ekran

Ekran ölçüsü seçimi vacib məsələdir. Əgər siz oyun
həvəskarısınızsa, yüksək video axını sürəti, ekran ayırdetmə
qabiliyyəti və geniş ekranı olan bir telefonla oynadığınız zaman
oyundan gözləntiniz maksimuma çatacaq.

Kamera

Süni intellektlə inteqrasiya olunmuş yüksək keyfiyyətli kamera
həlləri və təsvir sistemləri sayəsində rəqəmsal fotoqrafiya
texnologiyası əl ilə işləyən DSLR kameraları ilə müqayisə olunmaz
hala gəldi. Video, qısa video, şəkilçəkmə, yüksək keyfiyyətli foto, “gecə”, “portret”, “mənzərə” və peşəkar çəkiliş seçimləri və 3-4
ayrı kamera inteqrasiyası ilə bütün smartfonlar bir-biri ilə
şiddətli rəqabətdədir.

RAM

RAM (ing.Təsadüfi Giriş Yaddaş) təsadüfi giriş yaddaşı
deməkdir. RAM bir smartfonun sürətinə birbaşa təsir edir. Əgər siz
yüksək keyfiyyətli video və sənədlərlə işləyirsinizsə və ya uzun
illərdir telefondan istifadə edirsinizsə, yüksək operativ yaddaşa
malik model seçmək yaxşı olar.

Daxili Yaddaş

Telefon alarkən daxili yaddaşa önəm verməyiniz məsləhət görülür.
Ona görə ki telefonun əməliyyat sistemi və proqramlar gündən-günə
yenilənir və həcmləri artır. Bu da telefonunuzda boş yerin az
olmağına gətirib çıxara bilər.

Batareya

Batareya tutumu telefon alarkən nəzərə alınmalı olan ən əsas
xüsusiyyətlərdən biridir. Davamlı enerji doldurmaqdan
yorulmusunuzsa, batareyanın ömrü daha vacib olur. Yüksək batareya
tutumu və sürətli doldurma xüsusiyyəti ən vacib meyarlardandır.

Teqlər: