Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Bina və
qirğuların istismarı və rekonstruksiyası kafedrasının dosenti,
texnika üzrə fəlsəfə doktoru Fevzi Quliyevin “Bina və qurğuların
müayinəsi və sınağı” adlı dərs vəsaiti işıq üzü görüb.
Kitab inşaat mühəndisliyi ixtisası üzrə mütəxəssislər hazırlayan
ali məktəblərdəbakalavr və magistr səviyyələrində dərs vəsaiti kimi
nəzərdə tutulub. Kitabdan həmçinin, layihələndirmə və müayinə
işləri ilə məşğul olan mühəndislər də istifadə edə bilər.