Sınaq imtahanının cavabları açıqlanıb

Xəbər - Humay Ağacanova – Trend:

Fevralın 13-də keçirilmiş sınaq imtahanında istifadə edilən test
tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, hazırda imtahan
materiallarının emalı aparılır.

Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların
yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının
nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə
tutulur.

Test tapşırıqlarının doğru cavab etalonları ilə
buradan
tanış olmaq mümkündür.

Teqlər: