Tələbələr üçün “Karyerada ilk addım” mövzusunda master-klass keçirilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə master-klass keçirilib.

XI Məzun-Karyera Sərgisi çərçivəsində təşkil olunan master-klassda tələbələrə ilk olaraq Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı sahəsində görülən işlərdən və gənclərin əmək bazarına çıxışını dəstəkləmək üçün həyata keçirilən layihələrdən danışılıb. Həmçinin, Agentliyin mütəxəssisləri tərəfindən tələbələrə mövcud əmək bazarı, gənc kadrlara olan tələbat barədə məlumat verilib, uğurlu karyera üçün gələcək addımların müəyyənləşdirilməsinin əhəmiyyətindən danışılıb.

Daha sonra tələbələrin sualları cavablandırılıb.

Teqlər: