Tələbatımızın 40 faizini Azərbaycandan təmin edəcəyik

Tələbatımızın 40 faizini Azərbaycandan təmin edəcəyik

Biz Azərbaycanla danışıqlar aparırıq. 2023-cü ilin sentyabrından Serbiya qaz tələbatının 40 faizini Azərbaycan qazı və ya Rusiyadan olmayan digər mənbələrdən qazla təmin etməlidir. Hazırda bu, qaz sahəsində bizim ən vacib layihəmizdir.

AzerTimes xəbər verir ki, bunu Serbiya baş nazirinin müavini, mədən sənayesi və energetika naziri Zorana Mixayloviç deyib.

O qeyd edib ki, Serbiyanı Bolqarıstanla birləşdirəcək və 1,8 milyard kubmetr gücü olan qaz xətti Azərbaycan qazı ilə doldurulacaq.

Teqlər: