Təl-Əvivdə atışma, ölən və yaralananlar var

Cümə axşamı Təl-Əvivin mərkəzində silahlı hücum nəticəsində iki
nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, silahlı hücum
restoran və barların yerləşdiyi Dizengoff küçəsində bir neçə yerdə
baş verib.

Hadisə yerinə təhlükəsizlik qüvvələri – polis və İDF əsgərləri
cəlb olunub və Dizengoff küçəsindəki yaşayış binası mühasirəyə
alınıb.

Polis vətəndaşlardan cinayəti törədən şəxs tutulana qədər evdə
qalmağı və küçəyə çıxmamağı xahiş edib.

Zərərçəkənlərin yerləşdirildiyi tibb mərkəzinin məlumatına görə,
yaralılardan ən azı dördünün vəziyyəti ağırdır.

Teqlər: