Təkrar ali təhsil almaq istəyən nəzərinə…

Təkrar ali təhsil almaq istəyən nəzərinə…

Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ilində təkrar ali təhsil üzrə sənəd qəbulu davam edir. Sənəd qəbulu prosesi avqustun 31-də saat 18.00-da yekunlaşacaq.

AzerTimes xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

Bildirilib ki, əlavə təhsil almaq istəyən şəxslər portal.edu.az vasitəsilə elektron formada qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat üçün (012) 539-06-86 telefon nömrəsi və td_elavetehsil@bsu.edu.az mail ünvanı ilə əlaqə saxlamaq olar.

Teqlər: