“Teknofest” yalnızca bir festival yox, Azərbaycan və Türkiyə qardaşlığının bir göstəricisi olacaq – Mustafa Varank

Hər il “Teknofest” festivalının keçirildiyi ərazidə olarkən
yaşadığım həyəcanı hal-hazırda Azərbaycanda daha çox yaşayıram.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin Sənaye və Texnologiya
naziri Mustafa Varank “Teknofest” festivalının açılış mərasimində
çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün həm Türkiyə, həm Azərbaycan üçün
tarixi an yaşanır.

“İki qardaş ölkə birləşərək texnologiya sahəsində inkişafa yol
açır. “Teknofest” festivalının Azərbaycanda texnologiya sahəsində
yeni bir inkişaf yolu açacağını ümid edirik. Siyasi cəhətdən tam
azad olmanın yolu texnoloji azadlıqdan keçir. Qarabağdakı işğalın,
zülmün qarşısında bütün dünyanın necə susqun qaldığını gördük. Bu
gün keçirilən festival onlara veriləcək ən gözəl cavabdır.
“Teknofest” yalnızca bir festival yox, Azərbaycan və Türkiyə
qardaşlığının da bir göstəricisi olacaq”, -deyə nazir bildirib.

Qeyd edək ki, “Teknofest” mayın 29-a qədər davam edəcək.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: