“TEKNOFEST Azərbaycan” çərçivəsində “Rocket League” üzrə Avropa çempionatına start verildi (FOTO)

Azərbaycan da daxil olmaqla Avropanın 10 ölkəsini təmsil edən
kiber atletlər “Rocket League” yarışı üzrə mübarizəyə
başladılar.

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan
Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə
Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə
təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçiriləcək
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı
çərçivəsində “Rocket League” üzrə Avropa çempionatı start
götürüb.

“Rocket League” üzrə Azərbaycan, Macarıstan, Lüksemburq, Monako,
Niderland, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən
ümumilikdə 30 iştirakçı 10 komandada təmsil olunmaqla mübarizəyə
başlayıblar.

Avropa Kiber İdman Federasiyası da daxil olmaqla Milli
Federasiyalardan ümumilikdə 21 nümayəndə yarışları izləmək üçün
Bakıda rəsmi səfərdədir.

Qeyd edək ki, çempionatın təşkilatçısı Avropa və Azərbaycan
Kiber İdman Federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi
göstərir.

Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.