“TEKNOFEST Azərbaycan” çərçivəsində Milli Federasiyaların “Rocket League” üzrə Avropa çempionatına qeydiyyatı başa çatıb

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına
hazırlıq çərçivəsində Milli Federasiyaların “Rocket League” üzrə
Avropa Çempionatında iştirakla bağlı qeydiyyatı başa çatıb.

Məlumat üçün bildiririk ki, “TEKNOFEST Azərbaycan” Festivalı
Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası
Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin
26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək.

Qeyd edək ki, Azərbaycan da daxil olmaqla Avropanın 25
ölkəsindən kiber atletlər “Rocket League” və “Tekken” yarışları
üzrə paytaxtımızda bir araya gələcəklər.

Sözügedən çempionat zamanı Avropa Kiber İdman Federasiyası da
daxil olmaqla Milli Federasiyalardan ümumilikdə 27 nümayəndə
yarışları izləmək üçün Bakıda rəsmi səfərdə olacaq.

“Tekken” yarışması üzrə Azərbaycan, Bosniya və Herseqovina,
Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya,
Macarıstan, Litva, Lüksemburq, Makedoniya, Malta, Monako,
Monteneqro, Niderland, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya,
İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 25 kiber atlet
mübarizəyə qoşulacaq.

“Rocket League” üzrə isə Azərbaycan, Gürcüstan, İsrail,
Macarıstan, Lüksemburq, Monako, Monteneqro, Niderland, Rumıniya,
Rusiya, Serbiya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən
ümumilikdə 48 iştirakçı 16 komandada təmsil olunmaqla mübarizəni
davam etdirəcək.

Xatırladaq ki, “Rocket League” üzrə Avropa çempionatına milli
mərhələdə qeydiyyat prosesi davam etməkdədir. Yaş həddi 16-dan
yuxarı olan Azərbaycan vətəndaşları fərdi qaydada sözügedən
tədbirdə iştirak edə bilərlər. Arzu edən şəxslər https://baku2022.azkif.az/
elektron səhifəsinə daxil olmaqla milli seçmə mərhələsi üzrə
qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, beynəlxalq tədbirin təşkilatçısı Avropa və
Azərbaycan Kiber İdman Federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və
maliyyə dəstəyi göstərir.

Əlavə məlumat əldə etmək üçün:

+994 050 251 40 28


[email protected]

teknofest.az

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: