“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək bir neçə müsabiqənin qeydiyyat müddəti uzadıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu
ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə keçiriləcək “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya
Festivalı ilə bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq bir neçə
müsabiqənin qeydiyyat müddəti uzadılıb.

İnnovativ ideya və layihələrlə çıxış edən məktəbli, tələbə və
gənc sahibkarların festivala göstərdiyi böyük maraq və yüksək
fəallıq səbəbindən adları aşağıda qeyd edilən müsabiqələrin
qeydiyyat tarixi 28 fevral 2022-ci ilə qədər uzadılır:

– “Baku Skills”

– “Yaşıl texnologiyalar”

– “Aqrar texnologiyalar”

– “Sosial yönümlü texnologiyalar”

– “Robotexnika”

Bundan əlavə, “Ağıllı şəhər” konsepsiyasını ehtiva edən “SMART
QARABAĞ” Hakatonu üçün son müraciət tarixi dəyişdirilərək 1 aprel
müəyyən olunub.

“Peyk modelləşdirilməsi”, “Pilotsuz uçuş aparatları” və
“Sailplaner” adlı yarışlar üzrə qeydiyyat isə 17 fevral tarixindən
etibarən dayandırılıb.

Əlavə məlumat əldə etmək üçün:


050 251 40 28

[email protected]

teknofest.az

Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: