“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək “Aqrar texnologiyalar’’ müsabiqəsinə qeydiyyat aparılır

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı
çərçivəsində keçiriləcək “Aqrar texnologiyalar” (AgroTech)
müsabiqəsində iştirak edən tələbə, startapçı və fərdi sahibkarlar
innovativ layihə və məhsullarını uğurla təşviq etmək imkanı əldə
edəcəklər.

Məlumat üçün bildiririk ki, “TEKNOFEST” Azərbaycan Respublikası
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il
26 – 29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək.
Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd
aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər
sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Festivalın ən maraqlı müsabiqələrindən biri olan “AgroTech”in
keçirilməsində əsas məqsəd irəli sürüləcək yeni texnologiyalarla
həm əhalinin rifahının yaxşılaşdırılmasına, həm də ölkə
iqtisadiyyatının inkişafına dəstək göstərməkdir.

Son illərdə kənd təsərrüfatı sahəsində ən çox müşahidə olunan
problemlər meşə və bitki örtüyünün xeyli seyrəlməsi, mədən
yataqlarının qeyri-adekvat istismarı, uyğun olmayan əkin
dövriyyəsi, qeyri-mütənasib gübrə istifadəsi və qlobal iqlim
dəyişikliyi nəticəsində məhsuldarlığın azalmasıdır.

“AgroTech” müsabiqəsinin şərtlərinə əsasən, B kateqoriyasında
iştirak edən tələbələr və C kateqoriyasında iştirak edən
startapçılar və fərdi sahibkarlar üçün Mükafat Fondu eynidir: I yer
6000 manat, II yer 4000 manat, III yer 2000 manat təşkil edir.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 17 fevral
2022-ci ildir.

Qeydiyyat üçün elektron keçid: https://teknofest.az/az/competitions/

Əlavə məlumat əldə etmək üçün:

050 251 40 28


[email protected]

teknofest.az

teknofest.az

Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: