“TEKNOFEST Azərbaycan” çərçivəsində Bakıda kiber idman üzrə Avropa çempionatı keçiriləcək

“Rocket League” mərhələsi üzrə Avropanın ən güclü kiber
atletləri Bakıda güclərini sınayacaqlar.

Məlumat üçün bildiririk ki, Türkiyə Teknoloji Takımı Vakfının
(T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya
Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26 – 29 may
tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST
Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq
çərçivəsində “Rocket League” üzrə Avropa çempionatına qeydiyyat
başlayıb.

Qeyd edək ki, beynəlxalq tədbirin təşkilatçısı Avropa və
Azərbaycan Kiber İdman federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və
maliyyə dəstəyi göstərir.

Kiber idman üzrə Avropa çempionatının “Rocket League” mərhələsi
“Bakı Kristal Zalı”nda təşkil olunacaq. Yarışın milli təsnifat
mərhələsi üzrə yaş həddi 16-dan yuxarı olan Azərbaycan vətəndaşları
tədbirdə iştirak hüququ qazanır.

Həmçinin bildiririk ki, Avropa çempionatının “CS:GO” mərhələsi
cari ilin 5 – 6 iyul tarixində Rumıniyada, “eFootball” mərhələsi
avqust ayında Monteneqroda və “DOTA 2/Free Fire” mərhələsi isə 20 –
25 sentyabrda Albaniyada təşkil olunacaq.

Qeyd edək ki, paytaxt Bakı 2014-cü ildə kiber idman üzrə
beynəlxalq tədbirə ev sahibliyi edib. Kompüter oyunları üzrə 6-cı
Dünya çempionatı (6th e-Sports World Championship 2014, Baku)
zamanı 30 ölkədən 300-dən çox iştirakçı tədbirdə iştirak edib.

26 – 29 mayda keçiriləcək “Rocket League” mərhələsi üzrə Mükafat
Fondu 15.000 ABŞ dolları təşkil edir.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 1 aprel
2022-ci ildir.

Əlavə məlumat əldə etmək üçün:


050 251 40 28

[email protected]

teknofest.az

Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: