Xəbər - Çingiz Səfərli – Trend:
Təkcə Füzuli Beynəlxalq Hava Limanının ərazisindən 1 200-dən artıq mina təmizlənib.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, 30 il ərzində işğal altında olan ərazilərimiz Ermənistan tərəfindən minalarla zəhərləndirilib: “Mina təmizləmə işlərinin aparılmasının nə qədər çətin və mürəkkəb olduğu hər kəsə məlumdur. Bu, hərbi cinayətlərin faktiki olaraq davamıdır. Azərbaycan bu istiqamətdə də beynəlxalq qurumlar və dost ölkələrlə əməkdaşlıq edir”.
Twitter: @cingizsafarli