Axtarışda olan 7 nəfər Sumqayıtda toyda saxlanıldı (FOTO)

Xəbər - Samir Əli – Trend:

Son 10 gün ərzində Sumqayıt şəhərində keçrilən toy məclislərində vaksin olunmadan iştirak etmək istəyən 387 nəfər aşkar edilərək geri qaytarılıb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyindən məlumat verilib.


Yoxlamalar zamanı axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib, 1 nəfər aktiv koronavirus xəstəsinin isə toy məclisində iştirak etməsinin qarşısı alınıb.

Teqlər: