Təhsillə bağlı keçiriləcək brifinqin dəqiq vaxtı açıqlandı

Xəbər - Çingiz Səfərli – Trend:

Yeni tədris ilinin təşkili ilə bağlı bütün suallara sabah saat 14.00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.

Trend xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektor rəhbəri Cəsarət Valehov məlumat verib.

O bildirib ki, brifinq AzTV və Təhsil TV-də canlı yayımlanacaq.

Twitter:@cingizsafarli

Teqlər: