Xəbər - Humay Ağacanova – Trend:
Təhsil Nazirliyinin tabeliyində “Təhsilin İnkişafı Fondu” publik
hüquqi şəxs yaradılıb.
Trend-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov
qərar imzalayıb.
Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda da
dəyişiklik edib.
Dəyişikliyə əsasən, Təhsilin İnkişafı Fondu Təhsil Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil
edilib.