Təhsil Nazirliyinin yeni portalı təqdim olunub

Xəbər - Çingiz Səfərli – Trend:

Təhsil Nazirliyinin yeni layihəsi olan “Portal.edu.az”ın təqdimatı olub.

AzerTimes-ın xəbərinə görə, bu barədə İnformasiya və vətəndaşlara xidmət şöbəsi Vətəndaşların müraciətlərinə baxılması sektorunun müdiri Səbuhi Rzayev məlumat verib.

O bildirib ki, məqsəd bütün təhsil xidmətlərini vahid bir portalda cəmləşdirməkdir:

“Hazırda portal təkmilləşmə mərhələsindədir. Burada əlavə bir yenilik isə vətəndaş müraciətləri ilə bağlıdır. Təhsilin müxtəlif sahələri üzrə vətəndaşlar nazirliyə müraciətlərini bu portal üzərindən konkret olaraq bildirə bilər”.

Twitter: @cingizsafarli

Teqlər: