Təhsil Nazirliyində yeni sektor yaradılıb

Təhsil Nazirliyindəki struktur dəyişiklikləri edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil
Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə
olunması şöbəsi nəzdində Məktəbəqədər təhsilin təşkili və
idarəolunması sektoru yaradılıb.

Bundan əlavə ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə
şöbəsinin adı isə dəyişdirilərək Ümumi və məktəbəqədər təhsildə
məzmun, tədris və qiymətləndirmə şöbəsi edilib

Teqlər: