Təhsil naziri saçı uzun olduğu üçün şagirdə irad bildirən müəllim barədə danışıb

Təhsil naziri Emin Əmrullayev saçı uzun olduğu üçün oğlan şagirdi qız adlandıran müəllimlə bağlı məsələyə münasibət bildirib.

AzerTimes-ın məlumatına görə, brifinqdə çıxışı edən nazir həmin müəllimin bilərəkdən pis hərəkət etdiyinə inanmadığını bildirib.


“Mən həmin müəllimin izahatını oxumuşam. Həqiqətən oğlan şagirdin saçı uzundursa, qıza oxşatması mümkündür. Amma buna görə müəllimin sərt şəkildə cəzalandırılmasını qəbul etmirəm. Belə bir məsələlərdə həmkarımın yanındayam. Amma inanmıram ki, bilərəkdən belə bir şey edər”.

Teqlər: