Təhsil naziri repetitor kurslarından danışıb

Azərbaycanda özəl repetitorluq kurslarının özəl sektordakı sayı
oturuşmuş ümumtəhsil məktəblərinin sayından qat-qat çoxdur.

Trend-in məlumatına görə, bunu təhsil naziri
Emin Əmrullayev “Təhsil biznesi: problem və perspektivlər”
mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bunun səbəbi özəl kursların qısa və konkret
olmasıdır.

“Valideynin gözləntisi ondan ibarətdir ki, repetitor daha qısa
müddət ərzində uşağın imtahanda toplayacağı balı yüksəldir. Ona
görə valideynlər kurslara həvəslə pul ödəyir. Amma biz fundamental
təhsilə qayıtsaq və tədqiqatlara baxsaq, görərik ki, valideynlər
repetitorlara nə qədər pul xərcləyirsə, xərcləsin, aşağı siniflərdə
aşağı nəticə göstərən şagirdlərin, yuxarı siniflərdə, yaxşı nəticə
əldə etməsi çox az hallarda, yəni daha çox istisna hallarda
mümkündür. Təhsil uzunmüddətli, davamlı, arası kəsilməz prosesdir.
Yəni 9 il heç nə etməyib, 10-11-ci siniflərdə kiməsə pul verib,
daha çox bal yığmaq mümkün deyil. Bu məncə, bizim cəmiyyətimizdə
olan çox ciddi bir mifdir “, – deyə nazir qeyd edib.

Teqlər: