Əhməd Obalı və oğlu Dəniz Obalıya qarşı terror aktını şiddətlə qınayırıq.
AzerTimes xəbər verir ki, bu sözlər Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının bəyanatında əksini tapıb.
GAMOH başqanı Eldar Qaradağlının yaydığı bəyanatda bildirilib ki, irqçi faşist İran rejimi istər molla sistemi, istərsə də müxalifəti ilə Azərbaycan Milli Hərəkatına qarşı çeşidli terror aktlarına rəvac verməkdədir:
“Farsçı rejimin sonu yaxınlaşdıqca, vəhşiliyi də artır. Rejim hər gün keçdikcə yaxınlaşan 50 milyonluq Azərbaycan dövləti və türk millətinin qarşısında acizlik göstərərək, terror aktlarına əl atmağı son çarə kimi görür. Azərbaycan səfirliyinə Tehranda, Azərbaycan millət vəkilinə Bakıda və indi, Xordad/may ayaqlanmasının ildönümündə Günaz TV rəhbərinə Amerikada təşkil edilən terror aktı bu rejimin 100 illik qara varlığının sonunun göstəricisidir.
Rejim bu boş aktlarıyla Azərbaycan Milli Hərəkatının poladlaşmış istiqlal və milli dövlətçilik iradəsinə qorxu sala bilməyəcəkdir.
Fars rejimi 100 illik qara dosyesinə görə, Azərbaycan türk millətinə, İran adlanan qondarma ölkədə yaşayan türk soydaşlarımıza, habelə ərəb, bəluc, kürd, lor-lək və başqa qeyri-fars xalqlara hesab verməli və tarixin zibilliyinə atılmalıdır.
Biz Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı olaraq Əhməd Obalı və Dəniz Obalı bəylərin ölümə döyülməsini ən dərin nifrətlə qınayırıq”.