Quranı yandıran şəxs “kadırovçu”lara verildi

Quranı yandıran şəxs “kadırovçu”lara verildi

Volqoqradda Quranı yandıran gənc saxlanılıb. Rusiya təhlükəsizlik qüvvələri onu “kadırovçu”ların ixtiyarına vermək qərarına gəliblər.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, mayın 19-da gənc oğlan Volqoqraddakı məscid kompleksinin ərazisində müqəddəs Qurani-Kərimi yandıraraq bu prosesi videoya çəkib:

“Video internetdə peyda olandan sonra gənc saxlanılıb və dindirmə zamanı o, Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə 10 min rubl mükafat müqabilində Quranın yandırılmasını təşkil etdiyini etiraf edib. Sonra o, videonu Ukrayna ordusunun zabitinə verib. Dindirilmə zamanı gənc Rusiya ordusunun hərbi obyektlərini lentə aldığını da etiraf edib. Ona qarşı müvafiq maddə üzrə cinayət işi açılıb. Bu hadisələr müttəhimin özünün yaşadığı Volqoqradda baş versə də, Rusiya İstintaq Komitəsi bu cinayət işini Çeçenistana ötürmək qərarına gəlib.

Ərazi yurisdiksiyasının dəyişdirilməsi qərarının səbəbi bir sıra əsaslar, xüsusən də Çeçenistan sakinlərinin çoxsaylı müraciətləri olub”.

Teqlər: